Hesablama Palatası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəy verib

Hesablama Palatası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəy verib
# 28 noyabr 2022 15:55 (UTC +04:00)

Bu gün Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Palatadan APA-ya verilən xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib.

Kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” geniş müzakirə edilərək təsdiq edilib və Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasında müvafiq qaydada baxılması üçün Fonda göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR