Hesablama Palatası: İcmal büdcədə 11 milyon manat sığorta ödənişi əksini tapmayıb

Hesablama Palatası: İcmal büdcədə 11 milyon manat sığorta ödənişi əksini tapmayıb
# 31 oktyabr 2022 18:09 (UTC +04:00)

İşsizlikdən Sığorta Fondunun büdcəsində sığorta ödənişləri 11 milyon manat göstərilsə də, icmal büdcədə bu xərc istiqaməti ümumiyyətlə nəzərdə tutulmayıb.

APA xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsində haqqı ödənilən ictimai işlərin təşkili üzrə əks edilmiş 3,5 milyon manat icmal büdcədə nəzərə alınmayıb. Belə ki, icmal büdcədə əks edilmiş məbləğ 265,8 milyon manat yalnız dövlət büdcəsindən bu istiqamətə olan xərclərə aiddir. Özünəməşğulluq tədbirlərinin təşkili üzrə 87,5 milyon manat proqnozlaşdırılsa da, icmal büdcədə bu istiqamət ümumiyyətlə nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR