Hesablama Palatası: İki yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib

Hesablama Palatası

© APA | Hesablama Palatası

# 18 yanvar 2022 14:59 (UTC +04:00)

Hesablama Palatası 2021-ci ildə 47 nəzarət tədbiri həyata keçirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Keçirilmiş nəzarət tədbirləri auditin müxtəlif növlərini (uyğunluq, səmərəlilik, maliyyə auditi), həmçinin analitik fəaliyyət və monitorinq fəaliyyətini əhatə edib. Nəzarət tədbirləri mərkəzi icra hakimiyyəti orqanları və tabeli təşkilatları, siyasi partiya, məhkəmələr, elmi institutlar, fondlar və digər kənar dövlət maliyyə nəzarəti obyektlərində həyata keçirilib. Aşkar edilmiş nöqsanlar arasında büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin, mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanlar üstünlük təşkil edir.

Qeyd edilib ki, 2021-ci ildə nəzarət tədbirlərinin nəticələri üzrə 2 halda materiallar Baş Prokurorluğa göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR