Hesablama Palatası ötən il smeta xərclərinin 81%-ni icra edib

Hesablama Palatası ötən il smeta xərclərinin 81%-ni icra edib
# 17 yanvar 2022 17:05 (UTC +04:00)

Azərbaycan Hesablama Palatasının (AHP) 2021-ci ildə xərclər smetası 9,141 mln. manat səviyyəsində təsdiq olunmuşdu.

"APA-Economics"in Palataya istinadən verdiyi məlumata görə, smetanın 81,2%-i və ya 7,423 mln. manatı icra olunub. Sözügedən məbləğin əsas hissəsini (60,7%) əməkhaqqı xərcləri təşkil edib.

Qeyd edək ki, AHP-nin 2022-ci il üçün xərclər smetası 10,103 mln. manat səviyyəsində təsdiq olunub. Xərclərin 90,8%-i (9,169 mln. manat) əməyin ödənişinə yönələcək. Sözügedən məbləğin əsas hissəsini - 68,7% və ya 6,298 mln. manatını Palatanın işçilərinin məvacibləri təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR