Hesablama Palatası partiyalarda audit aparmaq üçün xarici təcrübəni öyrənir

Hesablama Palatası partiyalarda audit aparmaq üçün xarici təcrübəni öyrənir
# 19 yanvar 2022 14:42 (UTC +04:00)

Hesablama Palatası Azərbaycanda siyasi partiyalarda auditin aparılması üçün xarici ölkələrin ali audit qurumlarının bu sahədə təcrübəsini öyrənir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə Hesablama Palatası tərəfindən xarici ölkələrin ali audit orqanlarının müvafiq sahə üzrə audit təcrübəsi araşdırılıb. Xarici ölkələrin ali audit orqanlarının təcrübəsində olan və Hesablama Palatasının fəaliyyətində tətbiq edilə bilən mümkün təcrübələrin müəyyənləşdirilməsi üçün təhlillər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR