“2021-ci il üzrə strateji planın qiymətləndirilməsi hələ də təkmilləşməli olan sahələr olduğunu göstərir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bu, bəzən onlardan asılı olmur: “Çünki verilən tövsiyələr və fiskal göstəricilərin yerinə yetirilməsi aşağı səviyyədə olur. Ötən illərdə olduğu kimi, hesabat ilində də aşkarlanan pozuntularla bağlı 8 tövsiyə hazırlanaraq Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub”.