Hesablama Palatası subsidiyalarla bağlı mexanizm müəyyənləşdirilməsini təklif edib

Hesablama Palatası

© APA | Hesablama Palatası

# 16 noyabr 2022 16:39 (UTC +04:00)

“Növbəti ilin büdcəsini fərqləndirən məqamlardan biri də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın reallaşdırılmasının büdcə siyasətinin müəyyən edilməsi zamanı əsas strateji makrofiskal çağırışlar arasında yer almasıdır. İlk dəfə olaraq ölkənin strateji sənədinin maliyyə təminatının dövlət büdcəsinin layihəsində ayrıca göstərilməsidir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

“Strategiyanın maliyyə təminatı üzrə nəzərdə tutulmuş xərclərin büdcədə payı 16%-dən çox proqnozlaşdırılıb. Təqdim edilmiş büdcə sənədlərinə əsasən növbəti ildə 1,7 mlrd. manat subsidiya verilməsi nəzərdə tutulur. Bu cari ildə gözlənilən icradan 25,5% çoxdur və büdcə xərclərində payı da artaraq 5,3% olacağı proqnozlaşdırılır. Nəticə olaraq, subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmaması şəraitində subsidiyaların məbləğində nəzərəçarpacaq artım müşahidə edilir. Bizim təklif, əvvəlki rəylərimizdə qeyd etmişik, büdcədən verilən subsidiyaların hansı şərt və qaydada verilməsi ilə bağlı mexanizmin müəyyən edilməsi ilə bağlıdır. Bu maliyyə nəzarəti üçün bir normativ baza olmaqla yanaşı, büdcə intizamının gücləndirilməsi üçün həm Maliyyə Nazirliyi, həm də kənar dövlət maliyyə nəzarətini aparan Hesablama Palatası üçün etibarlı meyar ola bilər. Bu özlüyündə həm də növbəti illərdə subsidiyanın mahiyyətinin konkretləşdirilməsinə, bu ad altında nəzərdə tutulan xərclərin azalmasına da səbəb olar”, - deyə V.Gülməmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR