Hesablama Palatası və Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi memorandum imzalayıb

Hesablama Palatası və Səudiyyə Ərəbistanı Baş Auditi Məhkəməsi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi

© APA | Hesablama Palatası və Səudiyyə Ərəbistanı Baş Auditi Məhkəməsi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi

# 05 may 2022 18:19 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Hussam Alanqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.

Hesablama Palatasından APA-ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Hussam Alanqarin arasında görüş olub. Görüşdə qurumlar arasında birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələləri müzakirə edilib.

Görüş çərçivəsində Hesablama Palatası və Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin potensialın gücləndirilməsi istiqamətində fəaliyyətin daha məhsuldar təşkili məqsədilə Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR