Həyatın yaşam sığortasına yatırımlar 40% artıb

Həyatın yaşam sığortasına yatırımlar 40% artıb
# 28 mart 2023 14:01 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 64 milyon 933.9 min manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 40% və ya 18 milyon 750.2 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında həyat sığorta şirkətləri 46 milyon 183.7 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93.2%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 89.9% təşkil etmişdi.

Cari ilin ilk iki ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 4 dəfə artaraq 37 milyon 348.9 min manata çatıb. Ötən ilin ilk iki ayında bu sığorta növü üzrə ödənişlər 9 milyon 354.3 min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR