Hindistan ötən il qızıl alışına rekord həcmdə vəsait xərcləyib

Hindistan ötən il qızıl alışına rekord həcmdə vəsait xərcləyib
# 05 yanvar 2022 15:32 (UTC +04:00)

Ötən il ərzində Hindistan xaricdən rekord məbləğdə – 55,7 mlrd. ABŞ dolları dəyərində qızıl idxal edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, idxal olunan qızılın həcmi isə 2,4 dəfə artaraq 1 050 ton təşkil edib. Təkcə dekabrda 86 ton qızıl xaricdən gətirilib.

Hindistanda alıcılarının qızıla artmış tələbatı COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan toyların keçirilməsi və yeni toy məclislərinin baş tutması ilə izah edilir.

Dekabrda qızıla tələbatın adekvat təklif ilə kompensasiyası fonunda qiymətli metalın qiyməti orta qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 22,9% azalaraq 58,1 dollar/qram təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR