HP: Büdcədə cari xərclərin əhəmiyyətli artırılması fiskal dayanıqlılığa təhdid yaradır

HP: Büdcədə cari xərclərin əhəmiyyətli artırılması fiskal dayanıqlılığa təhdid yaradır
# 01 noyabr 2022 13:28 (UTC +04:00)

Dövlət büdcəsinin cari xərclərinin əhəmiyyətli artırılması fiskal dayanıqlılığa təhdid formalaşdırır.

"APA-Economics"in xəbərinə görə, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Bildirilib ki, bu həm də qeyri-neft/qaz gəlirləri hesabına maliyyələşdirilə bilən dövlət büdcəsinin cari xərclərinin təmin edilməsi səviyyəsinə təsir edir.

"Təqdim edilmiş məlumatlara əsasən, 2023-cü ildə dövlət büdcəsinin cari xərcləri 22,7 milyard manat nəzərdə tutulur ki, bu da 6 il əvvəlki aidiyyatı xərclərdən təqribən 2,1 dəfə çoxdur. 2017-ci ildə bu xərclər dövlət büdcəsinin 62%-ni təşkil edirdisə, nəzərdə tutulan layihədə 68,1% təşkil edəcəyi proqnozlaşdırılır. Eyni zamanda, növbəti 3 il üçün də cüzi də olsa cari xərclərin artırılması nəzərdə tutulub. Cari xərclərin artırılması təbii resursla zəngin dövlətlər üçün makrofiskal diaqnostika istifadə edilən qeyri-neft/qaz gəlir cari xərc nisbətinin artırılmasına mane olur. Qeyd edək ki, 2017-ci ildə bu göstərici 79,2% təşkil etdiyi halda, 2023-cü ildə 63,6% olacağı proqnozlaşdırılır", - deyə Hesablama Palatasının rəyində əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR