HP sədri Büdcə Zərfinə təbii qazın qiyməti barədə məlumatların da daxil edilməsini təklif edib

HP sədri Büdcə Zərfinə təbii qazın qiyməti barədə məlumatların da daxil edilməsini təklif edib
# 03 noyabr 2022 12:27 (UTC +04:00)

“Qarşıdakı dövr üçün büdcə zərfində məlumatların artırılmasına ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının (HP) sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Büdcə Zərfinə təbii qazın qiyməti barədə məlumatların da daxil edilməsini təklif edirik. Təbii qazın dünya bazarında qiymətinin artması bunu şərtləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR