İcbari avtosığortanın zərərliliyi 23%-dən çox artıb

İcbari avtosığortanın zərərliliyi 23%-dən çox artıb
# 27 sentyabr 2022 16:26 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (icbari avtosığorta) üzrə yığımlar 69,9 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6% çoxdur.

Hesabat dövrü ərzində 59.5 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30% artıqdır.

Başqa sözlə, bu sığorta növü üzrə ödənişlərin yığımlardan daha yüksək dinamika ilə artması icbari avtosığortanın zərərliliyini 23,5% artırıb. Belə ki, ötən il bu sığorta növü üzrə toplanan hər 100 manatdan 68,9 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 85,1 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR