İcbari Sığorta Bürosunun sədr müavini istefa verib

İcbari Sığorta Bürosunun sədr müavini istefa verib
# 12 yanvar 2023 12:01 (UTC +04:00)

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini Azər Əliyev istefa verib.

Bu barədə "APA-Economics"ə Azər Əliyev özü məlumat verib. O qeyd edib ki, “Atəşgah” Sığorta Şirkəti ilə yanaşı, həm İcbari Sığorta Bürosunundakı vəzifəsindən, həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR