İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılıb

İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılıb
# 13 yanvar 2022 15:42 (UTC +04:00)

Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.

Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR