İcmal büdcədə profisit yaranıb

İcmal büdcədə profisit yaranıb
# 21 may 2022 16:50 (UTC +04:00)

2021-ci ildə icmal büdcədə profisit yaranıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda bildirilir ki, 2021-ci ilin icmal büdcəsi 7335,3 milyon manat kəsirlə (defisitlə) proqnozlaşdırılsa da, faktiki olaraq 3913,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 12036,1 milyon manat kəsir qeydə alınıb ki, bu da 2021-ci ilin ÜDM-nin 13,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,4 faiz-bənd azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR