İcmal büdcənin gəlirləri proqnozlaşdırılandan 10 milyard manat çox olub

İcmal büdcənin gəlirləri proqnozlaşdırılandan 10 milyard manat çox olub
# 21 may 2022 16:42 (UTC +04:00)

İcmal büdcənin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası açıqlanıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda bildirilir ki, 2021-ci il icmal büdcənin gəlirləri 23828,1 milyon manat proqnoza qarşı 10 075,6 milyon manat (42,3 faiz) çox icra edilməklə, 33903,7 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 9438,5 milyon manat və ya 38,6 faiz çoxdur. İcmal büdcənin xərcləri 31163,4 milyon manat proqnoza qarşı 29990,5 milyon manat və ya 96,2 faiz icra edilib ki, bu da 2020-ci illə müqayisədə 830,4 milyon manat və ya 2,8 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5146,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5178,0 milyon manat və ya 100,6 faiz icra olunub ki, bu da 2020-ci ilə nisbətən 429,7 milyon manat və ya 9,0 faiz çoxdur.

Fondun gəlirlərinin 25,3 faizini və ya 1307,4 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait (2020-ci ilə nisbətən 129,5 milyon manat və ya 11,0 faiz çox), 74,2 faizini və ya 3843,4 milyon manatını (2020-ci ilə nisbətən 290,3 milyon manat və ya 8,2 faiz çox) məcburi dövlət sığorta haqlarından daxilolmalar və 0,5 faizini və ya 27,0 milyon manatını sair daxilolmalar təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5146,0 milyon manat göstəricisinə qarşı 4843,0 milyon manat və ya 94,1 faiz icra olunmuşdur (2020-ci illə müqayisədə 131,9 milyon manat və ya 2,8 faiz çox).

İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 157,8 milyon manat göstəricisinə qarşı 144,4 milyon manat və ya 91,5 faiz icra olunmuşdur.

Fondun gəlirlərinin 12,9 faizi və ya 18,6 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların sığorta ayırmalarının, 87,1 faizi və ya 125,8 milyon manatı sair daxilolmalar hesabına təmin edilib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 157,8 milyon manat göstəricisinə qarşı 130,9 milyon manat və ya 83,0 faiz icra edilib (2020-ci illə müqayisədə 4,8 milyon manat və ya 3,8 faiz çox).

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 8001,2 milyon manat göstəricisinə qarşı 15949,3 milyon manat və ya 2,0 dəfə çox olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11360,2 milyon manat icra edilib ki, bu təsdiq olunmuş göstəriciyə qarşı 860,3 milyon manat və ya 7,0 faiz azdır.

Fondun xərclərinin 11350,0 milyon manatını və ya 99,9 faizini dövlət büdcəsinə transfert (nəzərdə tutulandan 850,0 milyon manat az), 10,2 milyon manatını və ya 0,1 faizini isə (nəzərdə tutulandan 10,3 milyon manat az) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyə təminatı təşkil edir. 2021-ci ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə əlavə daxilolmalar və xərclər üzrə ilin sonuna gözlənilən qənaət hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850,0 milyon manat az istifadə olunub.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 506,5 milyon manat proqnoza qarşı 523,7 milyon manat (17,2 milyon manat və ya 3,4 faiz çox) olmuşdur ki, bu da 2020-ci illə müqayisədə 35,8 milyon manat və ya 7,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 522,0 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 33,0 milyon manat və ya 6,7 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR