İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği artırılır

İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği artırılır
# 05 dekabr 2022 12:42 (UTC +04:00)

2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 20 milyon manat artırılaraq, 37 milyard 969 milyon 346,5 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 milyard 949 milyon 346,5 min manat müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR