Operativ məlumata əsasən 2021-ci il icmal büdcəsinin gəlirləri 33 902,9 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 10 074,8 mln. manat və ya 42,3 %, 2020-ci illə müqayisədə isə 9 437,7 mln. manat və ya 38,6% çoxdur.
"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, icmal büdcənin xərcləri 29 980,6 mln. manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 820,5 mln. manat və ya 2,8 % çoxdur.
İcmal büdcə 7 335,3 mln. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922,3 mln. manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb. Bu ÜDM-in 4,2%-ini təşkil edib.