İdman yarışlarında mükafatların 50 min manatadək hissəsi gəlir vergisindən azad edilir

İdman yarışlarında mükafatların 50 min manatadək hissəsi gəlir vergisindən azad edilir
# 09 dekabr 2022 11:25 (UTC +04:00)

Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəsində) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR