İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub

İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çox olub
# 28 noyabr 2022 15:21 (UTC +04:00)

“Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir”.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov islam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında iştirakı zamanı azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla İƏT ölkələri ilə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq, 7,7 mlrd. ABŞ dolları təşkil edib.

Nazir müavini əlavə edib ki, İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16,5% təşkil edib.

Vüsal Nəbiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR