IFC Azərbaycan bankına 40 mln. dollar kredit ayırıb

IFC Azərbaycan bankına 40 mln. dollar kredit ayırıb
# 26 yanvar 2023 10:57 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika” ASC-yə 40 milyon ABŞ dolları kredit ayırıb.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, bununla bağlı tərəflər arasında saziş imzalanıb. Bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.

Bildirilib ki, layihəni IFC-nin Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və Qadın sahibkarları üçün imkanlar proqramı dəstəkləyir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR