IFC Azərbaycanda fintex şirkətlərinə dəstək göstərək

IFC Azərbaycanda fintex şirkətlərinə dəstək göstərək
# 25 yanvar 2023 16:12 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "APA-Economics"ə Beynəlxalq Maliyyə Korporasiyasından bildirilib. Məlumata görə, tərəflər fintex şirkətlərinin böyümələrinə və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin gücləndirilməsi istiqamətində çalışacaqlar.

Memoranduma uyğun olaraq, IFC-nin “İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.

Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı, inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər. Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn, bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat xərclərini azaldır.

“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcəkdir,” – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirib.

Qeyd edilib ki, son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi bir sıra tənzimləyici islahatları həyata keçirib. IFC-nin dəstəyi ilə qəbul olunmuş “Açıq bankçılıq yol xəritəsi”, maliyyə sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini genişləndirmək yolunda mühüm addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR