İKZF-nin istiqrazları ilə bağlı hərracın nəticəsi açıqlanıb

İKZF-nin istiqrazları ilə bağlı hərracın nəticəsi açıqlanıb
# 08 sentyabr 2022 16:04 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondu ASC–nin 25 milyon manat həcmində, 7200 (7130 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1,006.3194 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və həcmi 25 milyon manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR