İlin əvvəlindən bankların dollar alışı ilk dəfə 80 milyonu ötüb

İlin əvvəlindən bankların dollar alışı ilk dəfə 80 milyonu ötüb
# 01 dekabr 2022 13:21 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 82,9 milyon ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 noyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26,9% və ya 17,6 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ilin əvvəlindən etibarən valyuta hərracında bankların tələbi ilk dəfə 80 milyon dolları ötüb. Belə ki, sonuncu dəfə bu il yanvarın 27-də keçirilən hərracda tələb 84,5 milyon dollar təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR