“İmmunlaşdırma həftəsi” ərzində xərclənən vəsait məlum olub

“İmmunlaşdırma həftəsi” ərzində xərclənən vəsait məlum olub
# 25 may 2022 11:07 (UTC +04:00)

Keçən il “İmmunlaşdırma həftəsi” ərzində uşaqlara vurulan vaksinlərin sayı və kateqoriyası açıqlanıb.

APA xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.

Hesabatda bildirilir ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci ildə Respublika üzrə “İmmunlaşdırma həftəsi” ərzində hepatit B əleyhinə vaksinlə 196, vərəm əleyhinə vaksinlə 323, poliomielit əleyhinə ikivalentli “OPV” vaksini ilə 6280, “GDTHibHepB” vaksini ilə 3767, pnevmokok əleyhinə vaksinlə 3673, difteriya, göyöskürək və tetanus əleyhinə “GDT” vaksini ilə 1688, İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1449, difteriya-tetanus əleyhinə “DT” vaksini ilə 2035, qızılca, məxmərək və epidemik parotit əleyhinə “QPM” vaksini ilə 3757 və A vitamini ilə 3021 uşaq əhatə olunub.

Bunun üçün 5,9 milyon manat vəsait xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR