İnflyasiya 2024-cü ildə normal trayektoriyaya qayıdacaq

İnflyasiya 2024-cü ildə normal trayektoriyaya qayıdacaq
# 23 iyun 2022 16:35 (UTC +04:00)

“Cari inflyasiyanın davametmə müddəti əmək bazarının bərpası, təchizat zəncirindəki maneələr, mərkəzi bankların reaksiyası, geosiyasi gərginliyin davametmə müddəti və onun enerji və ərzaq qiymətlərinə, eləcə də qlobal iqtisadi aktivliyə təsirindən asılı olacaq”.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev deyib.

O bildirib ki, BVF-nin aprel hesabatının proqnozlarına görə, 2022-ci ilin sonuna qlobal inflyasiya 7,4 %, o cümlədən İEÖ-də 5.7, İEOÖ-də isə 8,7 % səviyyəsində gözlənilir. 2023-cü ildə İEÖ-də inflyasiya proqnozu azaldılsa da, İEOÖ üzrə daha qalıcı və yüksək olacağı proqnozlaşdırılır. Habelə, ərzaq inflyasiyasının ilin sonuna qədər yüksək qalacağı – təxminən 14 % ətrafında olacağı gözlənilir.

Elçin Güləliyev qeyd edib ki, mütəxəssislərin gözləntiləri inflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağını deməyə əsas verir: “Geoiqtisadi və geosiyasi gərginliyin azalması daxil olmaqla, qlobal tələb-təklifin balanslaşması, tədarük və logistika kanallarının bərpası, eyni zamanda yüksək baza effekti buna imkan verə bilər”.

O əlavə edib ki, orta müddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri, inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR