"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 27 dekabr 2021 11:30 (UTC +04:00)

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Milad və Yeni il bayramları ərəfəsində EUR-USD məzənnəsində ticarət aktivliyi azalıb. Təhlillərə əsasən isə 1,13$ ətrafında dalğalan avro gələn il üzrə iqtisadi proqnozların yaxşılaşması ilə 1,14$-ın üzərinə çıxa bilər.

GBP

GBP-USD məzənnəsi də 1,34$ ətrafında korrektə etməklə yanaşı, 1,36$-a yüksələcəyi proqnozları üstünlük təşkil edir. Bunun üçün gələn həftə dərc ediləcək önəmli fundamental göstəricilər vacib rol oynayacaqdır.

TRY

Müşahidə edilən son güclü eniş dalğası fonunda USD-TRY məzənnəsi hazırda 11TL-də ticarət edilir. Sonuncu dəfə 10TL-də dəstək görən məzənnənin yeni ilə keçid dövrünü 12TL ilə aralıqda keçirəcəyi ehtimal edilir.

OIL

Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, "Brent"in bir barelinin 80$-ın üzərinə kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal bazarlarda dekabrda qızıla olan tələbin artdığı müşahidə edilir. Beləliklə, son yüksəliş dalğası 1 830$-a (58,8$/qram) kimi də davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR