"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 10 yanvar 2022 11:02 (UTC +04:00)

Avro, funt və qızıl dəstək görməyə başlayıb

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Almaniyada ixraca dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR-USD məzənnəsində ilk dəstəyin gəlməsinə səbəb olmaqla, bahalaşmağa başlayıb. Təhlillərə əsasən, avro 1,13$-ın üzərində qaldıqca, 1,1430-a kimi bahalaşmaqda davam edə bilər.

GBP

İngiltərə Mərkəzi Bankın faizlərini daha da yüksəldə biləcəyi ehtimalları, GBP-USD məzənnəsinin də bahalaşmasına səbəb olur. Burada funt sterlinq 1,35$-ın üzərində qaldıqca, 1,38$-a kimi dəyər qazana bilər.

TRY

USDTRY məzənnəsinin 14-13TL aralığında stabilləşdiyi müşahidə edilir. Burada növbəti trend sözügedən sərhədlərdən birinin qırılması ilə müəyyən olunacaqdır.

Bununla yanaşı, investorlar gələn həftə dərc ediləcək TCMB-nin növbəti faiz qərarını gözləyirlər.

OIL

Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, "Brent"in bir barelinin 90$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin yenidən artması, qızıla olan tələbin də artmasına səbəb olur. Beləliklə, sonuncu dəfə 1 783$-da (57,3$/qram) dəstək görən bir unsiya qiymətin 1 813$-a (58,3$/qram) kimi dəyər qazanacağı ehtimal edilir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR