“İpək Yolu Sığorta”nın xalis mənfəəti azalıb

“İpək Yolu Sığorta”nın xalis mənfəəti azalıb
# 30 iyul 2022 10:40 (UTC +04:00)

“İpək Yolu Sığorta” ASC 2022-ci ilin ilk yarısı maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən az olub.

Belə ki, hesabat dövründə “İpək Yolu Sığorta”nın gəlirləri 6,749 milyon manat (2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,3% az), xərcləri 6,152 milyon manat (24,9% az), mənfəət vergisi ödəmələri isə 120 min manat (dəyişməyib) təşkil edib. Nəticədə sığorta şirkəti birinci yarım ili 478 min manat xalis mənfəətlə başa vurub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

2022-ci ilin iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 14,9% azalaraq 23,476 milyon manat, cəmi öhdəlikləri 30,4% azalaraq 7,131 milyon manata düşüb. Şirkətin cəmi kapitalı isə 5,7% azalaraq 16,346 milyon manata enib, bölüşdürülməmiş mənfəəti isə 24,8% artaraq 1,698 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR