İqtisadi artım proqnozlarının azaldılmasını şərtləndirən amillər açıqlanıb

İqtisadi artım proqnozlarının azaldılmasını şərtləndirən amillər açıqlanıb
# 03 noyabr 2022 11:30 (UTC +04:00)

Hazırda müşahidə olunan daraldıcı pul siyasəti və faiz dərəcəsinin artımı meylləri xüsusən də xarici valyutada və qısa müddətə borc alan ölkələr üçün borclanmanı bahalaşdırır və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təzyiqə çevrilir.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” layihəsində öz əksini tapıb.

Məlumata görə, qeyd olunan amillər beynəlxalq təşkilatlar tərəfindən iqtisadi artım proqnozlarına yenidən baxılaraq azaldılmasını şərtləndirib.

“Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən iyul ayında yenilənmiş proqnozlara əsasən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2022-ci ildə 3,2%, 2023-cü ildə 2,9%, Dünya Bankının proqnozlarına əsasən isə 2,9% və 3,0% artacağı proqnozlaşdırılır”, - layihədə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR