İqtisadiyyata investisiya qoyuluşu 0,7% artıb

İqtisadiyyata investisiya qoyuluşu 0,7% artıb
# 18 iyul 2022 12:15 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilən vəsait 0,7% artaraq 6 299,6 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Son 1 ildə neft-qaz sektoruna investisiyalar 20,7 % azaldığı halda qeyri neft-qaz sektoruna investisiyalar 18,5 % artıb.

Qeyd edək ki, istifadə olunmuş vəsaitin 3 781,3 milyon manatı istehsal sahələrinə, 2 131,2 milyon manatı xidmət sahələrinə, 387,1 milyon manatı yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu ilin altı ayında investisiya qoyuluşunun 4 693,3 milyon manatını daxili vəsaitlər təşkil edib, 4 564,7 milyon manatı isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR