İran bankının Bakıdakı filialı zərərdən mənfəətə keçib

İran bankının Bakıdakı filialı zərərdən mənfəətə keçib
# 09 yanvar 2023 11:34 (UTC +04:00)

"Bank Melli İran"ın Bakı filialı 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
APA-Economics” hesabata istinadən xəbər verir ki, ötən il bankın faiz gəlirləri 3,476 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 0,9% çox), faiz xərcləri 231,4 min manat (23% az), xalis faizləri 3,245 milyon manat (3,2% çox) təşkil edib.
Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 866,3 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 185,3 min manat, haqq və komissiya gəlirləri 175,9 min manat, digər gəlirləri 12,9 min manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəlirləri 7,3 min manat olub.
Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 127,4 min manat, haqq və komissiya xərcləri 150,51 min manat, inzibati xərcləri isə 2,120 milyon manata bərabər olub.
Filial ötən il 227,9 min manat mənfəət vergisi ödəyib. Bu isə 2021-ci illə müqayisədə 18 dəfə azdır. Belə ki, 2021-ci ildə bu rəqəm 4,106 milyon manat olub.
Nəticədə "Bank Melli İran"ın Bakı filialı 2022-ci ili 1,867 milyon manat xalis mənfəətlə başa vurub. Ötən il isə Filial 1,959 milyon manat xalis zərər açıqlamışdı.
2023-ci il yanvarın 1-nə Bankın cəmi aktivləri 11,3% artaraq 96,620 milyon manata çatıb, müştərilərə verilmiş kreditləri isə 3,8% azalaraq 9,466 milyon manata enib. Filialın cəmi öhdəlikləri 15,4% artaraq 59,334 milyon manata, cəmi kapitalı isə 5,1% artaraq 37,285 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR