İş adamlarının dövlətə bağışladığı daşınar əmlaka görə vergi alınmayacaq

İş adamlarının dövlətə bağışladığı daşınar əmlaka görə vergi alınmayacaq
# 03 noyabr 2022 11:06 (UTC +04:00)

İş adamlarının dövlət qurumlarına bağışladıqları daşınar əmlaka görə vergi alınmayacaq.

APA-nın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın və qeyri-maddi aktivlərin də dövlət orqanlarına (qurumlarına), habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsinin mənfəət (gəlir) vergisinin və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmaması, eyni zamanda bu əmlaklara görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR