İsrafil Məmmədov: ARDNF-in aktivləri 54 mlrd. dolları ötüb

İsrafil Məmmədov: ARDNF-in aktivləri 54 mlrd. dolları ötüb
# 12 may 2023 12:36 (UTC +04:00)

"1999-cu ildə əsası qoyularkən 271 mil­yon ABŞ dol­la­rına bə­ra­bər olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ak­tiv­lə­ri­nin həc­mi hal-hazırda 54 milyard ABŞ dollarını ötüb".

"APA-Economics" xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib.

Qeyd edək ki, Dövlət Neft Fondunun aktivləri 2023-cü ilin əvvəlinə 49,03 milyard dollar, bu ilin birinci rübü üzrə isə 53,4 milyard dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR