“Kapital Bank” hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər yeni kredit məhsulundan yararlana bilərlər.
Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək istəyənlər 15 ilədək müddətə, 200 000 manatadək ipoteka krediti əldə edə bilərlər. Bu kredit növünün illik faiz dərəcəsi 10%-dən başlayır.
Tikinti aparılacaq torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni çıxarışı olmalı və təyinatda yaşayış sahəsinin tikintisi üçün qeydi olmalıdır. Təminat olaraq istənilən şəxsə məxsus fərdi yaşayış sahəsi, mənzil, bağ evi və ya qeyri-yaşayış sahəsi təqdim edilə bilər.
Tikinti işləri həm fərdi olaraq, həm də “Kapital Bank”la partnyor olan tikinti şirkətlər vasitəsilə aparıla bilər. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.
“Kapital Bank” ev tikintisi üçün ipoteka krediti təklif edir
26 yanvar 2022 09:48 (UTC +04:00)
Maliyyə
Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar
11:51
25 aprel 2024
Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb
11:37
25 aprel 2024
Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb
10:53
25 aprel 2024
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir - FOTO
10:06
25 aprel 2024