Kapital Bank KOBİA tərəfindən mükafata layiq görülüb

Kapital Bank KOBİA tərəfindən mükafata layiq görülüb
# 29 dekabr 2022 12:01 (UTC +04:00)

28 dekabr 2022-ci tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Kapital Bank-ın sponsorluğu ilə sahibkarlar üçün tədbir keçirildi. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdimat mərasimi baş tutub.

"APA-Economics" xəbər verir ki, “KOB-ları dəstəkləyən bank” nominasiyası üzrə “Dayaq” mükafatı "Kapital Bank"a verilib. Mükafat Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov tərəfindən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyeva təqdim edilib.

Qeyd edək ki, “Dayaq” mükafatı sahibkarlara bu il ilk dəfə təqdim olunub. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR