Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialını açıb - FOTO

Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialını açıb - FOTO
# 16 noyabr 2022 10:05 (UTC +04:00)

Kapital Bank müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirib. Filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Kapital Bank-ın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır. Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açıldı. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Açılış mərasimində Fərhad Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edirdi. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşdülər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə Kapital Bank adından əklil qoyuldu.

Qeyd edək ki, Fərhad Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR