“Kapital Bank”ın Müşahidə Şurasına üzvlər seçiləcək

“Kapital Bank”ın Müşahidə Şurasına üzvlər seçiləcək
# 15 mart 2023 09:20 (UTC +04:00)

6 aprel 2023-cü il saat 11.00-da “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, ümumi yığıncağın gündəliyində duran əsas məsələlər “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvlərinin seçilməsi məsələsi və bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi məsələsinin müzakirəsidir.

Qeyd edək ki, ümumi yığıncaq bankın ofisində Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR