Keçən il dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 82,6%-i keçid layihələrə yönəldilib

Keçən il dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 82,6%-i keçid layihələrə yönəldilib
# 23 may 2023 16:05 (UTC +04:00)

2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid layihələr üstünlük təşkil edib.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd edilib ki, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 507 layihədən 332-si keçid, 175-i isə yeni layihələr olub ki, bu layihələrin icrasına müvafiq olaraq 2708,5 mln. manat (82,6%) və 571,9 mln. manat (17,4%) vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR