Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib

Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib
# 11 yanvar 2023 12:47 (UTC +04:00)

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasına (DŞ) yeni müstəqil üzv təyin edilib.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Asim Salamov Direktorlar Şurasına müstəqil üzv seçilib.

Qeyd edək ki, Direktorlar Şurasının müstəqil üzvü bundan əvvəl Anar Mansurov olub. O ötən ilin sentyar ayında şirkətdən ayrılmışdı.

"AzRe Təkrarsığorta"nın Direktorlar Şurasının yeni müstəqil üzvü Asim Salamov isə 2017-ci ilə kimi "Bank BTB"nin müşahidə şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR