Keramika məmulatları və tikinti materialları üçün idxal gömrük rüsumu dəyişib

Keramika məmulatları və tikinti materialları üçün idxal gömrük rüsumu dəyişib
# 30 dekabr 2021 12:17 (UTC +04:00)

Azərbaycana gətirilən keramika məmulatları və keramik tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumu dəyişib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, 31 dekabr 2021-ci il tarixinədək Azərbaycana idxal edilən kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlarından digər keramika məmulatlarının və tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan Silisli daş unundan və ya analoji silisli süxurlarından məmulatlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materiallarının 1 kq-na 0,04 ABŞ dollar gömrük rüsumu tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, artıq Azərbaycana idxal edilən kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlarından digər keramika məmulatlarının 1 kq-na 15 faiz, tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan Silisli daş unundan və ya analoji silisli süxurlarından məmulatlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materiallarının 1 kq-na 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR