Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılıb

Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri artırılıb
# 01 yanvar 2022 08:00 (UTC +04:00)

Bu gündən mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat

Dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat

20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat

60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat

Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR