Kredit ittifaqlarının xalis zərəri kəskin artıb

Kredit ittifaqlarının xalis zərəri kəskin artıb
# 29 oktyabr 2022 11:59 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr aylarında kredit ittifaqlarının xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 5 dəfə artaraq 0,05 milyon manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu dövrdə kredit ittifaqlarının gəlirləri 5,3% azalaraq 1,8 milyon manat, xərcləri 16,4% artaraq 0,85 milyon manat təşkil edib. Kredit ittifaqlarının xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manata bərabər olub (25 % az), mənfəət vergisi isə ödənilməyib.

2022-c ilin oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 0,7% artaraq 14,3 milyon manata çatıb, o cümlədən kredit portfeli 3,2% kiçilərək 12,1 milyon manata enib. Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 4,5 milyon manat (10% az), balans kapitalı isə 9,8 milyon manat (6,5 % az) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR