Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri azalıb 

Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri azalıb 
# 15 sentyabr 2022 17:08 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30.3 mln. ABŞ dolları artıb, xalis maliyyə öhdəlikləri isə 754.3 mln. dollar azalıb.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (30.4 mln. dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (387.5 mln. dollar), dövlət kreditləri (173.9 mln. dollar), dövlət zəmanətli kreditlər (188.1 mln. dollar) və müəssisələrin kreditləri (35.2 mln. dollar) hesabına isə azalıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.7 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 0.4 mlrd. dollar artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR