Laçında yaşayış məntəqəsinin elektriklə təmin edilməsinə 2,3 mln. manat xərclənəcək

Laçında yaşayış məntəqəsinin elektriklə təmin edilməsinə 2,3 mln. manat xərclənəcək
# 15 noyabr 2022 09:39 (UTC +04:00)

"Azərişiq" ASC Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri ilə bağlı tenderə yekun vurub.

APA-Economics” vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Harmony İndustrial Construction And Engineering Group" MMC seçilib.

"Azərişiq" müqavilə üzrə qalib şirkətə 2 milyon 309 min 877.64 manat ödəyəcək. MMC gələn ilin yanvar ayında elektrik xəttlərinin çəkilməsini və digər işləri yekunlaşdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR