Layihələr üzrə biznes kreditlərinin verilməsi qaydası təsdiqlənib

Layihələr üzrə biznes kreditlərinin verilməsi qaydası təsdiqlənib
# 05 noyabr 2022 17:59 (UTC +04:00)

Mərkəzi Bankın İdarə Heyəti “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.

APA-nın xəbərinə görə, bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında layihə maliyyələşdirilməsi kreditləri (LMK) üzrə tənzimlənmə çərçivəsini müəyyən edir.

Yüksək keyfiyyətli layihə maliyyə öhdəliklərini iqtisadi şəraitdən və biznes mühitindəki neqativ dəyişikliklərdən asılı olmayaraq vaxtında icra etmək iqtidarında olan və eyni zamanda bu Qaydanın aşağıdakı tələblərinə cavab verən layihədir:

- LMK müqaviləsində borcalanın kredit borcu üzrə risk yaradacaq hərəkətlərinin (məsələn, digər mənbələr hesabına borcalanın borc öhdəliklərinin artırılması) qarşısının alınması üzrə müddəalar mövcuddur;

- borcalanın gəlirlərinin 50 (əlli) faizi və ya ondan artıq hissəsi dövlət büdcəsindən, dövlət qurumundan və ya “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş risk dərəcəsi 50 (əlli) faizdən çox olmayan hüquqi şəxslərdən asılıdır;

- layihə dövlətin iştirak etdiyi və (və ya) dövlət proqramında nəzərdə tutulan layihədir.

Yüksək keyfiyyətli layihənin bu Qaydadakı tələblərə uyğunluğu bank tərəfindən ən azı aylıq əsasda qiymətləndirilir və bu tələblərin pozulduğu aşkar edildikdə layihə yüksək keyfiyyətli layihə hesab edilmir.Bank LMK verərkən layihənin gəlir gətirmə potensialını, habelə tətbiq edilə biləcək hüquqi və (və ya) tənzimləyici məhdudiyyətlər nəzərə alınmaqla nağd pul axınlarını qiymətləndirməlidir. LMK verilərkən təminat qismində layihə ilə əlaqəli olan bütün aktivlər, o cümlədən hazırkı və gələcək pul axınları, habelə borcalanın iştirakçılarının borcalanın kapitalında olan payları (səhmləri) çıxış edir. Sindikativ və birgə kreditlərdə kredit verən banklar arasındakı razılaşma hər bir bankın təminatlar üzərində hüquqlarını tənzimləməlidir. Sindikativ və birgə kreditlərdə kreditin geri ödənişi təşkilatçı bank vasitəsilə həyata keçiriləcəyi halda sindikativ kreditin verilməsində iştirakçı qismində çıxış edən bank sindikativ kredit üzrə təşkilatçı bankın dayanıqlığını qiymətləndirməlidir.

Borcalan aşağıdakı meyarlara uyğun olduqda LMK verilə bilər:

- müstəqil ekspert və ya bu sahədə ixtisaslaşmış şirkət tərəfindən təsdiq edilmiş, layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana sahib olduqda. Müstəqil ekspert və ya ixtisaslaşmış şirkət bu sahədə ən azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdırlar;

- layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilə (niyyət protokolu və ya digər razılaşma sənədi) mövcud olduqda;

- layihə üzrə zəruri olan bütün icazə və digər hüquq müəyyənedici sənədlərin alınması üçün müvafiq tədbirlər planına malik olduqda (vəsaitlər yalnız tələb olunan icazə və digər hüquq müəyyənedici sənədlər banka təqdim edildikdən sonra verilə bilər). Bankın LMK vermək üçün layihənin xüsusiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınmaqla, layihə idarəetməsi üzrə ən azı 2 illik iş təcrübəsinə malik olan əməkdaşı olmalıdır.

LMK üzrə ehtiyatların yaradılması aşağıdakı tələblər nəzərə alınmaqla “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən həyata keçirilir:

- əməliyyat fazasına qədərki dövrdə layihənin həyata keçirilməsi təsdiq edilmiş qrafikdə müəyyən olunmuş müddətdən 180 gündən 360 günədək kənarlaşdıqda, kredit ən azı əlavə risklərə məruz standart aktiv kimi, kənarlaşma 360 gündən çox olduqda isə ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir və müvafiq ehtiyat yaradılır;

- əməliyyat fazasına qədərki dövrdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələbləri LMK-ya şamil edilmir.

Əməliyyat fazasına qədərki dövrdə milli valyutada LMK üzrə risk dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir:

Əməliyyat fazasına qədərki dövrdə xarici valyutada olan LMK 200% risk qrupuna aid edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR