LeBron Ceyms NBA-da ilk milyarder basketbolçu olub

LeBron Ceyms NBA-da ilk milyarder basketbolçu olub
# 03 iyun 2022 05:40 (UTC +04:00)

Məşhur amerikalı basketbolçu, ikiqat olimpiya çempionu LeBron Ceymsin sərvəti 1 milyard dollar olub.

APA xəbər verir ki, “Forbes" jurnalının ekspertləri bildirir ki, 37 yaşlı basketbolçu bir ilə 121.2 milyon dollar qazanaraq bu sərvətə çatıb.

Los Angeles Lakers komandasının üzvü bu qədər sərvətə malik ilk Milli Basketbol Assosiasiyası (NBA) oyunçusudur.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının yalnız bir oyunçusu - əfsanəvi Maykl Cordan 1 milyard dollar sərvətə çatsa da o, təqaüdə çıxdıqdan 11 il sonra yəni 2014-cü ildə bu qədər pul qazana bilib.

Beləliklə, Ceyms NBA-da milyarderlər siyahısına düşən ilk aktiv oyunçu olub.

LeBron ABŞ komandası ilə dördqat NBA çempionu və ikiqat Olimpiya çempionudur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR