Lənkəran ilə Buxara şəhəri qardaşlaşıb

Lənkəran ilə Buxara şəhəri qardaşlaşıb
# 26 fevral 2023 08:58 (UTC +04:00)

Lənkəran şəhəri ilə Buxara şəhəri qardaşlaşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ​fevralın 24-də Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb. Belə ki, Özbəkistan - Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi imzalanıb.

​Lənkəran-Buxara şəhərlərinin qardaşlaşması haqqında sənədi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Buxara şəhər hakimi Jamol Nasirov imzalayıb.

​Forumda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadi və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Lənkəran-Buxara şəhərlərinin qardaşlaşması xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etməsinə, mədəniyyətlərimizi bir-birinə yaxınlaşdırmağa xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR