Lotereya və idman mərc oyunlarında 500 manatadək uduşlar gəlir vergisindən azad edilib

Lotereya və idman mərc oyunlarında 500 manatadək uduşlar gəlir vergisindən azad edilib
# 30 dekabr 2021 14:40 (UTC +04:00)

Fiziki şəxslərin lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə etdiyi 500 manatadək uduşlar gəlir vergisindən azad edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Eyni zamanda, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər də gəlir vergisindən azad olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, hazırda lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR